YENİ KERAMIKA KOLLEKSİYALARI

YENİ HAMAM AKSESUARI KOLLEKSİYALARI

Ən çox satılan məhsullar

Çanakkale Seramik Azərbaycan

Biz kimik?

Kale İnşaat 1994-cü ildə təsis edilmiş şirkətlərdən biridir. Uzun illərin təcrübəsi imkan verir ki, sizin üçün ən idealı təqdim edə bilək. Son 4 il ərzində iki yeni mağazamız - Kale Seramik ve Kale Premium açılmışdır. Fəaliyyətimizin ilkin dövrlərində yalnız türk firmaları ilə çalışmış olsaq da, sonrakı dövrlərdə dünya brendləri ilə işləməyə başladıq. Beləliklə, dünyanın dəbini izləyən bir brendə çevrildik.

Hədəfimiz

Hədəfimiz sizin könlünüzü, zövqünüzü fəth etməkdir. İstəyirik ki, bənzərsiz zövqünüzü mövcud olan keyfiyyətimizlə birləşdirib sizə mükəmməlliyi təqdim edək. Bizim məhsullarımız bütün zövqlərə xitab edir. Uzun illər ərzində qazandığımız çoxsaylı müştəri məmnuniyyəti, razılığı əsas ilham mənbəyimizdir. Bütün bunlara baxmayaraq biz sizinlə birlikdə, sizin təklif və iradlarınızı dinləyərək daha da inkişaf etməyə, yenilənməyə, xəyallarınızı reallaşdırmağa davam edirik və edəcəyik. Bakıda yeni “Kale Construction” ve”Kale Proje” layihələrinin reallaşdırılması hədəflərimiz sırasındadır. Atdığımız hər bir addım sizə daha geniş və əlverişli xidmət göstərmək üçündür.

Müştəri məmnuniyyəti

Sizin məmnuniyyətiniz, rahatlığınız bizim prioritetimizdir. Personalımız hər müştəriyə xüsusi yanaşır, hər zövqə uyğun məhsullar təklif edir. Ən böyük reklamımız dəyərli müştərilərimizin razılığıdır. Yüksək keyfiyyətin fonunda mükəmməl zövqü evlərinizə, ofislərinizə daşıyırıq və onları sizin üçün dünyadakı ən rahat məkana çeviririk.

Bol çeşid, yüksək keyfiyyət və münasib qiymətlər

Sizə inanılmaz gəlir? Biz isə başlayarkən sizin üçün ən yaxşısını edəcəyimizə inandıq və yola çıxdıq. Uzun illərin təcrübəsindən istifadə edərək sizlərin nə istədiyinizi bilirik və öyrənirik. Kale inşaat şirkəti sizə bol çeşid, yüksək keyfiyyət və münasib qiymətlərin hamısını birlikdə təklif edir. Mağazalarımızda hamam aksesuarları - duş, kabin, hamam mebeli, kafel-metlax, keramika və s. kimi məhsullar sizə ən yüksək keyfiyyətdə və ən münasib qiymətdə təqdim olunur. Həmçinin, dəyərli müştərilərimizin xüsusi istəklərinin nəzərə alındığı əlavə bir çox xidmətlərimiz də mövcuddur.

Müştərilərimizin yanındayıq

Hər zaman müştərilərimizi dinləmək, onların yanında olmaq bizim fəaliyyətimizin əsas tərkib hissəsidir. Hər xidmətdən sonra onlarla maraqlanır, razı qaldıqlarından əmin oluruq. Şikayətlərini dinləyir, araşdırır və onların bizdən məmnun qalması üçün əlimizdən gələn hər şeyi təşkil edirik. Hər müştəri bizim üçün xüsusi müştəridir. Sizin istəkləriniz, arzularınız bizim yolumuza işıq tutur.

Filiallarımız

1 - Çanakkale Seramik

2 - Kale VİP

3 - Kale Premium

Sizə ən yaxın olan filialımıza yaxınlaşıb dediyimiz və demək istədiyimiz hər şeyi öz gözlərinizlə görün. Məhsul və xidmətlərimizlə tanış olduqdan sonra daimi müştərimiz olacağınızdan əminik.

XƏBƏR VƏ YENİLİKLƏR

TƏRƏFDAŞLARIMIZ